İran anti-Azərbaycan siyasəti ortaya qoyub - ÖZƏL
19 Oktyabr 2022 13:13 Siyasət"İranın sərhədlərimizdə keçirdiyi hərbi təlim Azərbaycanı müharibə ilə hədələməkdir". Bunu "Olaylar"a deyən poltoloq Məhəmməd Əsədullazadə təklif edib ki, Bakıda Güney Azərbaycan mühacir hökuməti yaradılsın: "Artıq Güney Azərbaycan məsələsini rəsmi səviyyəyə qaldırmalı, mühacir güneyliləri Bakıya dəvət edərək bir konfrans keçirilməsi vacibdir. Həmçinin Güneydə İran rejimi tərəfindən həbs edilən güneyli siyasi fəalların azad olunması istiqamətində komitə yaradılmalıdır. İran Azərbaycana qarşı müharibə aparmaq təlimi keçirir. Ermənistanla birgə anti-Azərbaycan siyasəti ortaya qoyub. İranla təmkinli davrandıqca Tehran molla rejimi təhlükəsizliyimizi təhdid edir. Bundan əlavə, İsraildə Azərbaycan öz səfirliyini açmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31