Dövlət rəhbəri nə qədər müdrik olsa, xalq da bir o qədər rahat yaşayar - ÖZƏL
19 Oktyabr 2022 12:57 Siyasət"Bu gün Rusiya ilə Ukrayna da eyni problemi yaşayır. Ən azı 50-60 il lazım olacaq ki, iki dövlət, xalq arasında yaranmış problem unudulsun. İki ölkə arasında baş verən bu müharibədə həm Rusiya, həm də Ukrayna liderlərinin səhvi oldu. Hər iki ölkə rəhbərinin səhvi ucbatından minlərlə insan günahsız yerə öldü, şəhərlər, kəndlər dağıldı, əhalinin yaşam tərzi, sosial durumu ağırlaşdı". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev səsləndirib. Onun sözlərinə görə, dövlət rəhbəri nə qədər müdrik olsa, xalq da bir o qədər rahat yaşayar: "Fürsətdən istifadə edib həm sizə, həm də oxuculara qarşıma çıxan bir sorğu və onun nəticələrini çatdırım. Sorğuda respondentlər üçün verilən sual bundan ibarət idi. Ukrayna müharibədə qalib gələ bilərmi? Verilən cavablar sırasında diqqətimi çəkən bir cavab oldu ki, həmin cavabı da yüz minlərlə insan bəyənmişdi. Həmin cavab bundan ibarət idi. Ukrayna qalib gələ bilər. Bir şərtlə ki, Ukrayna dövlətinin başında İlham Əliyev kimi bir prezident olsun. Ona görə də hər şey dövlətin necə, hansı formada idarə edilməsi və onu idarə edənin müdrikliyi, siyasət meydanında uğurlu gedişlər etməsindən asılıdır".