Sülh sazişini imzalamaq əvəzinə manevr siyasətini davam etdirmək yaxşı perspektiv vəd etmir - ÖZƏL

"Praqada Avropa Siyasi Birliyinin formalaşdığı tədbirdə Azərbaycan və Ermənistan liderləri arasında mühüm görüşün nəticəsi olaraq Ermənistan ərazisində Avropa İttifaqının 40 nəfərlik müşahidə missiyasının yerləşdirilməsi haqqında razılıq əldə olunmuşdu. Son məlumatlara görə, artıq missiya Ermənistana gəlib, sərhəddə yerləşdirilib". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli qeyd edib ki, həmin missiya Ermənistan Azərbaycan sərhəddində öz missiyasını dürüst yerinə yetirsin: "Amma Ermənistana heç bir inam yoxdur. Həmin missiyanın vaxtının uzadılması, sayının artırılması və digər təxribat xarakterli hərəkətlər edəcəyi  gözləniləndi. Ona görə bu tipli missiyalardansa Ermənistan rəhbərliyi özündə cəsarət tapıb Azərbaycanla sülh müqaviləsinin imzalanmasını tezləşdirməlidir. Sülh sazişini imzalamaq  əvəzinə  prosesləri uzatmaq, manevr siyasətini davam etdirmək yaxşı perspektiv vəd etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31