İlham Əliyev: Bu, qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindən xəbər verir
11 Oktyabr 2022 17:00 SiyasətAzərbaycan-Qırğızıstan münasibətlərin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik.
Olaylar.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında söyləyib.
Qırğızıstanlı həmkarı Sadır Japarovun yarım il bundan əvvəl Azərbaycana səfərini xatırladan dövlətimizin başçısı deyib ki, bu səfər zamanı ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında əlaqələrimiz daha yüksək səviyyəyə qaldırıb.
"Əminəm ki, mənim səfərimin yekunlarına dair əldə olunacaq razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31