Ermənistan sülh danışıqlarını uzatmağa çalışır - ÖZƏL

"Böyük Zəfərdən sonra çoxsaylı turistlər Şərqi Zəngəzur və Qarabağa səfər edərək həmin ərazilərlə tanış olub, erməni vandalizminin canlı şahidi olublar. Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bura cəlb edərək onların Azərbaycanın haqlı mövqeyinə laqeyd yanaşmamalı olduğunu nəzərə çatdırıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə,  müharibədən sonra ATƏT-in Minsk Qrupu yenidən məsələnin həllinin öz vasitələri ilə aparılmasına çalışsa da cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Minsk Qrupunun artıq bu məsələdə heç bir rolunun olmadığı bəyan edilib: "Qeyd etmək lazımdır ki, sülh istiqamətində bir neçə dəfə görüşlər, danışıqlar baş tutsa da hər dəfəsində Ermənistan rəhbərliyi bu məsələni uzatmağa çalışır. Ermənistandan fərqli olaraq Prezident İlham Əliyevin  "Qarabağ bölgəsində yaşayan erməni əhalisi ölkəmizin vətəndaşlarıdır" deməsi ölkə rəhbərliyinin sülh üçün səylə çalışdığına nümunədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31