Azərbaycanla Kamboca arasında viza tələbi ləğv olunur

Azərbaycanla Kamboca arasında viza tələbi aradan qaldırır. "Olaylar"ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31