Azərbaycanda İCESCO-nun Regional Ofisi açılacaq

Milli Məclis Azərbaycanda İCESCO-nun Regional Ofisinin yerləşməsinə dair saziş təsdiq edib. "Olaylar"ın məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31