Deputat Sultanbud kurqanı ətrafında tikinti işlərini dayandırmağa çağırdı
11 Oktyabr 2022 12:04 Siyasət"Ağdamda yerləşən Sultanbud kurqanının vəziyyəti narahatlıq doğurur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, bu kurqan Cənubi Qafqazın ən qədim abidələrindəndir: "Kurqanın vəziyyəti araşdırılmalıdır. Abidənin ətrafında tikinti işləri aparılır. Buradan yerli qurumlara səslənirəm ki, dərhal tikinti işlərini dayandırsınlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31