Dünya birliyi Gəncə terroruna susmamalıdır - ÖZƏL

"Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən müharibə zonasından uzaq Gəncə şəhərinə növbəti terror hücumunun edilməsindən 2 il ötür. Günahsız, silahsız mülki şəxslərə, uşaqlara, qadınlara, yaşlılara hücum Ermənistanın terror dövləti olduğunu sübut edir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova İkinci Qarabağ savaşı zamanı ermənilərin Gəncəyə raket ataraq günahsız insanları qətlə yetirməsinə münasibət bildirərkən səsləndirib. 

Deputat qeyd edib ki, dünya birliyi bu terrora susmamalıdır: 

"Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün addımlar atmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31