Əliyevin güclü siyasi gedişi,ATƏT-in minnətdarlıq jesti -fərqli Zəngəzur dönəmi.... .Aydın Quliyev yazır...
15 Aprel 2022 09:33 SiyasətBrüsseldə Əliyev -Paşinyan görüşməsinin ardınca Azərbaycan prezidentinin hökumət müşavirəsindəki bəyanatları Qarabağ və postqarabağ məsələlərini bir qədər də qətiləşdirdı.
Ölkənin birinci rübdəki bütün göstəricilərini təhlil etmək fkrində deyiləm.Lakin onu deməliyik ki,Qarabağ münaqişəsi və postqarabağ məsələləri barədə Azərbaycanın siyasətinin dünyada hansı reaksiyalarla qarşılandığına , müharibədən sonra bu istiqamətdə nələrə nail olduğumuza yekun vurmağa ciddi ehtiyac var idi .Məsələn, prezidentin çıxış etdiyi hökumət müşavirəsində bu mövzuya toxunana qədər cəmiyyətdə suallar var idi ki, Ermənistan,ATƏT,Avroittifaq bizim sülh təkliflərimizi qəbul etdir,ya etmir?Məlum deyildi ki ,Minsk Qrupu sülh prosesinin harasındadır və ya Qrupun ümumiyyətlə yeri varmı? Bu tip suallar çox idi.Həm də cəmiyyətimizin ciddi maraqlarında olan suallardı.Demək , hökumət müşavirəsinin mühüm önəmlərindən biri prezidentin bu suallarla bağlı cəmiyyətə müəyyən konkret mövqeləri təlqin edə bilməsidir.
Başlayaq Zəngəzur mövzusundan.Doğrudur ,Prezident dəhliz mövzusuna çox dəfələrlə toxunub.Lakin bu dəfəki yanaşma zaman və beynəlxalq diplomatik -siyasi şərait baxımından başqa və fərqli təsirlərə malikdir. Heç olmasa bunu deyək ki, Zəngəzur dəhlizinin təsir imkanları və gücü barədə tək Azərbaycan və Türkiyənin birmənalı mövqe tutduğu,lakin digər dövlətlərin ziddiyyətli fikirlərdə olduğu vaxtlarda Zəngəzur bəyanatları o qədər də rezonans doğurmurdu,daha doğrusu Ermənistana o qədər də təsir etmirdi.Ancaq indiki şəraitdə Zəngəzurla bağlı Azərbaycanın hər hansı mesajı təsirsiz ötüşmür,Ermənistan reaksiya verməyə məcbur olur.Çünki bilir ki, zaman o zaman deyil,arqumentlər və şırait onun xeyrinə işləmir .Əvvəllər Zəngəzur dəhlizi üzərində yalnız Azərbaycan və Türkiyə əsirdi .Bu gün Avropa Birliyi ,Çin ,hətta İran Zənəzurun açılmasında öz maraqlarını görməyə və açıq ifadə etməyə başlayıb .Belə şəraitdə Paşinyan Azərbaycan prezidentinin " Zəngəzur mütləq açılmalıdır " hökmünə saymaz yanaşa bilməz .Başa düşür ki, bu halda qarşı-qarşıya dayanacağı tərəf tək Azərbaycan olmayacaq. Azərbaycan prezidenti Zəngəzurla bağlı bu unikal beynəlxalq siyasi mühiti həssaslıqla dəyərləndirə bildi.Bu dəfə Ermənistan rəhbərliyinin Zəngəzur barədə bəyanata heç bir "kontur" çıxara " bilməməsi məhz bununla bağlıdır.
Prezident Qarabağ münaqişəsindən postmünaqişə dövrünə keçidin dəqiq ideoloji,siyasi təsnifini də verdi .Münaqişə həll edildi, keçmişdə qaldı,indi postmünaqişə ,yəni Azərbaycan -Ermənistan münasibətlərinin nirmallaşdırılması dövrüdür.Münaqişədən normallaşma dövrünə keçid mövcud şəraitə ən uyğun siyasi tezisdir.Azərbaycan prezidentinin məntiqi budur ki, münaqişə dövrü ilə normallaşma dövrü bir-birindən prinsipcə fərqləndiyi üçün bu dövrlərin moderatorları da fərqlənməlidir.Yəni Minsk Qrupu və onun həmsədrləri formatı münaqişə dövrünün vasitəçisi idi, alınmadı,vasitəçinin etməli olduğunu,lakin bacarmadığını və ya istəmədiyini Azərbaycan tək özü etdi,münaqişəni həll edərək torpaqları işğalçıdan təmizlədi .Münaqişə dövrünün uğursuz moderatoru sayılan Minsk Qrupu və həmsədrlər normallaşma mərhələsində də hansı məntiqlə moderatorluq edə bilər?!Deməli,prezident Əliyevin "Minsk qrupu və həmsədrlər de-yure olmasa da,de -fakto fəaliyyətuni dayandırıb " fikri də reallığa tam uyğun gəlir.
Diqqət çəkən məqamlardan biri Azərbaycan prezidentinin normallaşma dövründə ATƏT-ə rol ayırması ilə bağlıdır.Həm də çox perspektivli rol ayırdı-Vətəndaş institutları,ziyalılar,media ilə birgə toplantılar yolu ilə Ermənistanı normallaşma dövrünə hazırlamaq. Razılaşaq ki, Əliyevin bu təyinatı ATƏT üçün ən konstruktiv və mötəbər yanaşmadır,daha doğrusu təşkilata böük etimaddır.Fikrimcə , burada Əliyevin bəyanatı həm də müəyyən qədər siyasi gediş gücünə malikdir Belə ki, ATƏT rəhbərliyinə bu etimadın əvəzində nə etmək gərək olduğunu mesajlayır.
ATƏT rəhbərliyi borclu qalmamalı,prezident Əliyevin bu beynəlxalq təşkilata verdiyi önəmə cavabı olaraq Minsk Qrupu və onun həmsədrləri formatının taleyi barədə hüquqi xətm qərarı vermək mexanizmi axtarmalıdır.Əliyev deyə də bilərdi ki,Minsk Qrupunun 28 illik uğursuzluğuna və hətta Azərbsaaycan xalqına etdiyi pisliyə görə təşkilat bütünlüklə məsuliyyət daşımalı ,Azərbaycan xalqından üzr istəməli,Qarabağ məsələləri çərçivəsindən ümumiyyətlə kənarda durmalıdır .Ancaq demədi,ATƏT-i bir təşkilat olaraq tam yerə vurmadı,əksinə hörmətə mindirdi, yeni şəraitdə ona yeni şans verdi .Bu mənada deyirəm ki, ATƏT rəhbərliyi Azərbaycan prezidentinə ən uyğun təşəkkür jesti olaraq Minsk Qrupunun de-yure sonluğunu gətirməlidir.
Hökumət müşavirəsində Prezidentin bəyanatlatında önəmli daha bir məqam da oldu.Bütün dünyaya bəyan edildi ki,Azərbaycanın postmünaqişə siyasi konsepsiyası ATƏT və Avroittifaq tərəfindən qəbul edilib.Məlumdur ki, Azərbaycanın postmünaqişə siyasi konsepsiyası bir neçə idaya üzərində qurulub -Dağlıq Qarabağ münaqişəsi bitdi,köhnə status-kvo dəyişildiyi üçün Qarabağın status məsələsi də gündəmdən düşdü ,Minsk Qrupu sıradan çıxdı ,normallaşma dövrü başladı.Razılaşaq ki, Brüssel görüşməsindən və Əliyevin müşavirə bəyanatlarından sonra ATƏT və Avropa Birliyinin bundan fərqli siyasi mövqe nümayiş etdirməsi asan və bəlkə də mümkün olmayacaq.....