Rusiyanın G20-dən çıxarılmasının  nəticələri necə olacaq?

Amerika Birləşmiş Ştatlarında Rusiyanın Ukraynaya qarşı müdaxiləsinə cavab olaraq növbəti addımı atmağı planlaşdırırlar.  ABŞ Prezidentinin milli təhlüksizlik üzrə müşaviri Ceyk Sallivan bununla əlaqədar bildirib ki, Vaşington müttəfiqləri ilə Rusiyanın " Böyük İyirmilik" (G20) kimi beynəlxalq təşkilat və birliklərdən çıxarılması məsələsini  müzakirə etməyi nəzərdə tutub. Amerika yetkililərinin  fikrincə, Ukrayna hadisələrindən sonra Rusiyanın beynəlxalq təşkilatlarda əvvəlki qaydada iştirak etmək üçün mənəvi hüququ çatmır.

Rusiyanın G20-dən çıxarılması üçün yaxın gələcəkdə hansı addımların atılacağı haqqında bildirilməsə  də prosesin artıq başlanması haqqında məlumatlar gəlməkdədir. Elə isə G20-nin hansı vəzifələri həyat keçirməsi və Rusiya üçün əhəmiyyətinə nəzər salaq.

G20 təşkilatı 1990-cı illərin sonunda  Asiyada iqtisadi böhrandan sonra "Böyük Yeddiliyin" qərarı ilə yatradılıb və ona Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan,İndoneziya, İtaliaya, Kanada, Çin, Böyük Britaniya, Meksika, Rusiya, ABŞ, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası,Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir. O vaxt "Böyük Yeddiliyə" daxil olan Qərb dövlətləri hiss etdirlər ki, iqtisadi gücə sahib olan   bir sıra dövlətlər qlobal məsələlərin müzakirəsində iştirak etmirlər və bu problemlərin aradan qaldırılmasına töhfələrini vermirlər. Buna görə də kənarda qalan dövlətləri masaya dəvət etdilər. Məqsəd cəmiyyətin getdikcə daha sürətlə inkişafı ilə ortaya çıxan qlobal iqtisadi və ekoloji problemləri aradan qaldırmaq, mütəmadi ortaya çıxan iqtisadi böhrandan cəmiyyəti sığortalamaq üçün qüvvələri səfərbər etmək idi. 

Hazırda G20-yə daxil olan dövlətlərdə yer kürəsi əhalisinin üçdə biri cəmləşib, dünya üzrə ümummilli gəlirin 85, beynəlxalq ticarətin isə 75 faizi bu ölkələrin üzərinə düşür.   

2008-2009 -cu ilə, növbəti iqtisadi böhrana qədər təşkilat sadəcə formal səciyyə daşıyıb, ciddi qərarların qəbul olunmasında iştirak etməyib. Burada sadəcə maliyyə nazirləri və beynəlxalq bankların rəhbərlərinin görüşlərinin təşkili ilə kifayətləniblər. Amma belə məsləhətləşmələr də özlüyündə mütəmadi ortaya çıxan ikinci və üçüncü dərəcəli iqtisadi məsələlərin müzakirəsi üçün əhəmiyyətli olub. 2013-cü ildə təşkilatın zirvə görüşü Sankt-Pterburq şəhərində keçirilib. G20- yə daimi başçı və katiblik vəzifələri nəzərdə tutulmayıb, təşkilatı məsələləri sədr ölkə yerinə yetirir. G20-nin aparıcı orqanı sədr ölkədə yerləşən müvəqqəti katiblik və "rəhbər üçlükdən" ibarətdir. Bu üçlüyə də keçmiş, hazırki və gələcək sədt dövlətlər daxildirlər. Qeyd etmək lazımdır ki, sədrlik edən dövlət zirvəyə G20 -yə daxil olmayan ölkələri də qonaq kimi dəvət edə bilər. 

"Böyük iyirmilərin" qərarları konsensus yolu ilə qəbul edilir, qətnamədə öz əksini tapır, amma hüquqi qüvvəyə malik olmur. G20-nin səyi ilə bir sıra iqtisadi məsələlərdə bu vaxta qədər müəyyən siyasətin həyata keçirilməsinə nail olunub. Beyynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı kimi nüfuzlu maliyyə qurumları G20 ölkələri ilə yaxından işbirliyinə malikdirlər. 

G20-nin n övbəti sammitinin bu ilin payızında  İndoneziyanın Bali adasında keçirmək planlaşdırırlır. Sədrlik edən dövlət-İndoneziya Rusiyanı zirvə görüşünə dəvət etməsə Rusiya avtomatik olaraq bu təşkilatdan çıxarılmış hesab olunacaq. 

Rusiyada isə deyəsən G20-dən çıxarılmağa hazırlıq görülür. Həm hakimiyyət nümayəndələri, həm də hakimiyyətə yaxın siyasətçilər " Böyük İyirmilikdən" çıxarılmağı Rusiya üçün  faciə hesab etmirlər. Onların fikrincə, bu təşkilat heç də ciddi qərarların qəbul edildiyi mərkəz  funksiyasını həyata keçirmirdi. Buna görə Rusiya oradan çıxarılsa belə heç nə itirmir. Düşünürəm ki, İndoneziya ABŞ və Rusiyanın çıxarılmasında maraqlı olan digər nüfuzlu dövlətlərin təzyiqi qarşısında davam gətirməyəcək. Amma Rusiyada da İndoneziyadan dəvət gözləmədən bu təşkilatda fəaliyyətlərini dondurmaq haqqında qərar qəbul oluna bilər.

Kremldə G20-dən çıxarılmalarını ciddi hadisə kimi qəbul etməsələr də 2014-cü ildə Krımı işğal etdiyinə görə Rusiyanın  " Böyük Yeddilikdən",  Ukraynaya müdaxiləsinin nəticəsi olaraq isə  Avropa Şurasından uzaqlaşdırılmasını da nəzərə alsaq prosesin addım addım Rusiyanın BMT-dəki fəaliyyətinə doğru getdiyini görməmək mümkün deyil. 

Görəsən Putin və onun ətrafı bunu proqnozlaşdıırmı? Sabah Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması ilə əlaqədar məsələ ortaya çıxarsa, Rusiyada buna ciddi yanşacaqlarmı?

Əlimusa İbrahimov

Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31