Aİ Rusiyadan müharibəni dayandırmağı tələb etdi
25 Mart 2022 10:40 SiyasətAvropa İttifaqına üzv dövlətlər Rusiyadan Ukraynaya qarşı hərbi əməliyyatları dərhal və qeyd-şərtsiz dayandırmağı və qoşunlarını Ukrayna ərazisindən çıxarmağı tələb ediblər.
Olaylar.az xəbər verir ki, bu tələb Aİ sammitinin yekun bəyanatında tələb olunub.
Qeyd olunub ki, "cinayəti törədənlər və onların əlaltıları beynəlxalq hüquq normalarına uyğun cavab verəcəklər", eyni zamanda Mariupol və Ukraynanın digər şəhərlərinin mühasirəyə alınması, habelə Rusiya silahlı qüvvələri tərəfindən humanitar yardımın buraxılmaması qəbuledilməzdir.
Aİ Rusiya qüvvələrini dərhal Ukraynanın digər bölgələrinə təhlükəsiz keçidi, habelə Mariupol və digər mühasirədə olan şəhərlərə humanitar yardımın çatdırılmasını təmin etməyə və bütün digər döyüş bölgələrində qalmış mülki şəxslərin təyinat yerinə təhlükəsiz keçməsinə təcili təminat verməyə çağırıb: