Rusiya ordusu məqsədlərinə çatmaq üçün Ukraynada xüsusi əməliyyatı davam etdirəcək: Şoyqu

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,  Rusiya ordusu məqsədlərinə çatana qədər Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirəcək.

Bunu Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin qruplaşması qarşıya qoyulan məqsədlərə nail olunana qədər xüsusi hərbi əməliyyat keçirməyə davam edəcək", - Şoyqu  deyib.

Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, Rusiyanı Qərbdən gələn hərbi təhlükədən qorumaq Ukraynada keçirilən xüsusi əməliyyatın əsas vəzifəsidir.

"Bizim üçün əsas odur ki, Rusiya Federasiyasını ölkəmizə qarşı mübarizədə Ukrayna xalqından istifadə etməyə çalışan Qərb dövlətlərinin yaratdığı hərbi təhlükədən qoruyaq.

Müdafiə Nazirliyinin rəhbəri Rusiya hərbçilərinin Ukrayna ərazisini işğal etmədiyinə və mülki şəxslərin həyatını və təhlükəsizliyini qorumaq üçün bütün tədbirləri gördüyünə diqqət çəkib. "Vurğulamaq istərdim ki, zərbələr yalnız hərbi hədəflərə və müstəsna olaraq yüksək dəqiqlikli silahlarla həyata keçirilir", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31