Vilayət Eyvazov vətəndaş qəbulu keçirəcək

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov vətəndaş qəbulu keçirəcək. DİN-dən "Olaylar"a verilən məlumata görə, nazir martın 30-da Lənkəran Şəhər, rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31