Ukraynadan gələn əcnəbi döyüşçülərə vizasız giriş imkanı yaradıldı
1 Mart 2022 12:33 SiyasətOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin imzaladığı qərarda Ukrayna Beynəlxalq Legionuna müvəqqəti olaraq hərbi vəziyyət dövründə qoşulmaq istəyən əcnəbilər üçün ölkəyə vizasız giriş martın 1-dən rejimi tətbiq edilib.
Bildirilib ki, qərar Rusiya vətəndaşlarına şamil edilmir.
Fevralın 27-də Zelenski bütün dünya vətəndaşlarına və Ukraynanın dostlarına müraciət edərək, Ukraynanı və Avropanı Rusiyanın təcavüzündən müdafiə etməyə çağırıb.
2016-cı ildən əcnəbilərin orduda könüllü döyüşməsinin mümkün olduğu ölkədə əcnəbilərin "Ukraynanın ərazi müdafiəsi üzrə beynəlxalq legionu" adlı alt birliyi yaradılıb.
Qeyd edib ki, aidiyyəti şəxslər Ukraynanın öz ölkələrindəki səfirliklərinin müdafiə attaşelərinə müraciət etsinlər.