Nadir Putinlə fotosunu paylaşdı: "Özü bilər..." (FOTO)

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni foto paylaşıb.

Olaylar.azsherg.az-a istinadən bildirir ki, müğənni Rusiya - Ukrayna müharibəsinin getdiyi ərəfədə Prezident Vladimir Putin ilə fotosunu paylaşıb.

"Özü bilər... Biz nəsə deməklə hər şey düzəlsəydi, çox söz deyərdik! Heyf, biz acizik"-, deyə o paylaşımında qeyd edib.

Bəzi izləyicilər sözügedən şəkli Rusiyaya dəstək kimi qiymətləndirib.
İstifadəçilər " o nəyi bilir, günahsız insanlara qəsd edir", "ar olsun", "bu necə yanaşmadır, Putinə söyləmək lazımdır ki, günahsız insanlar ölür. V.Putin özü bilər, nə deməkdir "-, kimi şərhlər bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31