Ukrayna Milli Vəkillər Assosiasiyasının vitse-prezidenti Anar Bağırova müraciət edib

Ukrayna Milli Vəkillər Assosiasiyasının vitse-prezidenti Valentyn Gvozdiy Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırova müraciət edib."Olaylar" xəbər verir ki, bu barədə A. Bağırov bildirib. Sədr qeyd edib ki, V. Gvozdiy şəxsən müraciət edərək, Ukraynadakı vəkillərin durumu ilə bağlı məlumat paylaşmağı xahiş edib: "Ukraynada vəkil həmkarlarımız və ailələri çox ağır durumdadılar, təcili yardıma ehtiyacları var. Aşağıda göstərilən hesaba hər kəs ianə edə bilər. Yardım Ukrayna Milli Vəkillər Assosiasiyası tərəfindən mərkəzləşdirilmiş qaydada ehtiyacı olan vəkillərə humanitar məqsədlər üçün istifadə olunacaqdır. Yardım edən hər kəsə əvvəlcədən təşəkkür edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31