Ukraynaya təxminən 17 milyon dollar dəyərində kriptovalyuta bağışlanıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın hücumundan sonra Ukraynaya edilən kriptovalyuta ianələrinin təxminən 17 milyon dollar dəyərində olduğu bildirilir.

Londonda yerləşən blokçeyn təhlil provayderi Elliptic-in məlumatlarına görə, Ukrayna hökumətinin Twitter-də paylaşdığı hesablara 12 799 əməliyyatda 10,2 milyon dollar dəyərində kripto pul köçürülüb.

Şirkət Ukrayna hökumətinə və orduya dəstək verən qeyri-hökumət təşkilatlarına ümumilikdə 16,7 milyon dollar dəyərində kriptovalyuta ianəsinin edildiyini açıqlayıb.

Sözügedən kriptovalyuta ianəsinə əlavə olaraq, Ukrayna hökumətinin Ethereum hesabına təxminən 2 milyon dollar dəyərində NFT (ticarət olunmayan tokenlər) göndərilib.

Fevralın 26-da Ukrayna hökuməti rəsmi Twitter hesabı vasitəsilə ianələr üçün iki kripto hesabı paylaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31