İran Rusiya və Ukrayna arasında danışıqlara münasibət bildirdi

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Tehran Rusiya və Ukrayna arasında danışıqları alqışlayır və ümid edir ki, dialoq regiondakı böhranın həllinə kömək edəcək. 

Bunu fevralın 28-də keçirilən mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

"Bu yaxşı xəbərdir, Ukrayna və Rusiya arasında danışıqlar bizim ilk gündən çağırdığımız şeydir. Siyasi dialoq regionda onilliklər ərzində mövcud olan problemlərin davamlı həllini tapmaq üçün bir yoldur"-deyə söyləyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31