“Belarusda baş tutacaq Ukrayna və Rusiya danışıqlarının müsbət nəticələnməsi gözlənmilir”-politoloq

"Rusiya Ukraynada məğlub olarsa, Putin növbəti seçkilərdə iştirak etməyəcək".  "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Putinin komandası məğlub komanda olaraq,  növbəti seçkilərdə bu komandadan namizəd verilməsi, varis məsələsinə imkan verilməyə bilər. Kremlə yeni komanda gələrək Qərblə anlaşmaya getməsi mümkündür: "Belarusda baş tutacaq Ukrayna və Rusiya danışıqlarının müsbət nəticələnməsi gözlənmilir. Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsi gözlənilmi. Çünki, NATO və Avropa dövlətləri bundan sonra,  Ukraynaya müxtəlif növ silahlar və həmin silahları  istifadə edəcək  peşəkar hərbiçilər göndərir.  Rusiya üçün geri sayım başlayır. Hər gün Ukryanada itkilər siyasi məğlubiyyətdir. Ukraynanın Belarusda danisiqlara getməsi, Kiyevin güzəşti sayıla bilər. Rusiya güzəştə getməyəcəksə, ordusunu bu ölkədən çıxarmasa, ağır durumla üzləşməsı davam edəcək. Ukrayna əlini gücləndirərək danışıqlara gedir. Qərbin dəstəyini alaraq gedir. Ona görə də hazirda siyasi-hərbi və psixoloji üstünlük Ukrayna tərəfdədir və danışıqlarda Kiyev şərtlər irəli sürəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31