Sumqayıt hadisələri-qaranlıq məqamlar
28 Fevral 2022 10:31 Siyasət"Sumqayıt hadisələrindən 34 il ötür. Sumqayıt hadisələrinin törədilməsi və həmin hadisələrin birbaşa icraçısı Eduard Qriqoryanın və onun dəstə üzvlərinin çox rahat şəkildə yoxa çıxması, qaranlıq məqamlardan xəbər verir". "Olaylar" xəbər verir ki, bunu deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib ki, o zaman məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Bu da bir daha onu təsdiqləyir ki, Sumqayıt hadisəsi Ermənistan xüsusi xidmət orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin birgə işi idi:"İstintaq hərəkətlərində Sumqayıt hadisələrində Qriqoryanın fəal rolu öz əksini tapıb. Bu isə o deməkdir ki, Sumqayıt hadisələri məkrli erməni planının tərkib hissəsi idi. Sumqayıtın iğtişaş yeri kimi seçilməsi isə ciddi düşünülmüşdü. Bir çox erməni məhkumlar müxtəlif bəhanələrlə azadlığa buraxılmış və məqsədli şəkildə şəhərdə məskunlaşmışdılar. Hadisələrin sonrakı gedişi göstərdi ki, hər şey məqsədli şəkildə icra edilib. İğtişaş Ermənistanın təxribatının nəticəsi idi. Hadisə ilə əlaqədar cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçiblər. İstintaq materialları, çoxda uzaq olmayan həmin dövrü, hadisələri xatırlayanlar bu gün birmənalı şəkildə təsdiqləyirlər ki, bu hadisələri Ermənistan xüsusi xidmət orqanları törədib. Şəhər əhalisi olan azərbaycanlılar öz humanistliyini göstərərək bəzi erməni ailələrini Eduard Qriqoryanın və onun dəstə üzvlərinindən qoruya bilib. Azərbaycanın hüquq mühafizə orqanlarının bu hadisələri geniş təhqiq edərək Sumqayıt hadisələrində günahkarların ortalığa çıxarılması müsbət haldır".