Rusiya mediası obyektiv xəbər mənbəyi sayıla bilərmi?
27 Fevral 2022 17:30 SiyasətSualın cavabını bir nümunədə izah etməyə çalışacağam. Bir ukraynalı milyarder var - İqor Kolomoyski. İndiki Ukrayna prezidentinin əsas maliyyə dəstəkçilərindən sayıldığından rus agitpropunun da əsas hədəflərindəndir.
Yəhudidir, Ukrayna yəhudi icmasının lideridir, İsrail vətəndaşlığı da var. Təbii ki, müharibədə ölkəsini dəstəkləyir. İddiaya görə, xüsusi təyinatlı Azov batolyonunun bütün təchizat-təminatı onun öhdəsindədir.
İndi Priqojinin, Utkinin, Aram Aşotiçin mediakillerləri onu "Ukrayna neonasizmi" nin əsas fiquru adlandırır, batalyonu isə yeni SS dəstəsi kimi təqdim edir. Təəssüf ki, bizdə də xəbəri olduğu kimi tərcümə edib verirlər. Yəhudidən neonasist olarmı, dostlar? Öz torpağını təcavüzkardan qoruyanı hansı məntiqlə SS dəstəsi kimi təqdim edirsiz? Bir az məntiqli olun...
Cəmaləddin Quliyev