Nəhayət! Ukrayna Moskva ilə danışıqlara razılıq verdi – BU ŞƏHƏRDƏ

"Ukrayna Belarusun Qomel vilayətində danışıqlar aparmağa razılaşıb. Rusiya nümayəndə heyəti ora yollanıb". Bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.

Onun sözlərinə görə, nümayəndə heyəti getməyə hazırlaşırdı, lakin Ukrayna tərəfi gözlənilmədən danışıqlarda iştirakında təsdiqləyib.

O, danışıqların Qomel vilayətində aparılacağını dəqiqləşdirib.

"Hazırda marşrut hazırlanır və Ukrayna tərəfi üçün Qomel vilayətində ən optimal ərazi seçilir. Ukrayna nümayəndə heyəti maksimum təhlükəsizliklə təmin olunacaq", - Medinski əlavə edib.

Belarusun Milli Mətbuat Mərkəzindən öz növbəsində bildirilib ki, Ukrayna nümayəndə heyəti Qomelə danışıqlara gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31