Çeçen general Maqomed Tuşayev Kiyevdə öldürüldü
27 Fevral 2022 07:47 SiyasətKiyev yaxınlığındakı Qostomel hava limanında Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev bu gün məhv edilib.
Bu barədə UNİAN məlumat yayıb.
"Çeçenlərin Ukraynada itkiləri var. Mənbəmiz bildirir ki, Kadırovun generalı, Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev öldürülüb. Bu, Putin və Kadırovun ən elit bölmələrindən biridir. Bizim artilleriya çeçen sütununu məhv etdi, çeçen cəsədləri Ukrayna torpağında yatır" - Vertical teleqram kanalı xəbər verir KONKRET.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31