Xocalı ilə bağlı həşteq dünya trendində birinci olub - FOTOLAR

Bu gün twiterdə sosial şəbəkə istifadəçiləri tərəfindən Xocalı soyqırımının dünyaya tanıdılması, "Xocalıya Ədalət" naminə müxtəlif dillərdə (ingilis, rus, alman və fransız) kampaniya keçirilib.

Olaylar.az report-a istinadən xəbər verir ki, kampaniya çərçivəsində #JusticeforKhojaly həştəqi dünya trendində 1-ci yer, #HocalıKatliamı isə 5-ci yerdə olub.

Amerika trendində #JusticeforKhojaly 4-cü yer, Fransa trendində 3-cü yer, Kanada trendində isə 2-ci yerdə olub.

Türkiyə trendində isə #HocalıKatliamı 1-ci yer, #HocalıSoykırımı 2-ci yerdə qərarlaşıb.

Paylaşımlarda dövlət rəsmiləri, beynəlxalq təşkilatlar işarələnərək bu soyqırım aktına lazımi siyasi və hüquqi qiymət verilməsi vurğulanıb.

Tviterdə Xocalı ilə bağlı həşteq dünya trendində birinci olub









Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31