Şuşada Xocalı qurbanları anılıb - VİDEO
26 Fevral 2022 17:44 SiyasətXocalı soyqırımının 30-cu il dönümü ilə bağlı Şuşa şəhərində bu faciənin günahsız qurbanları anılıb.
Olaylara.az xəbər verir ki, Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və şəhər polis şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin qatıldığı 1 dəqiqəlik anma mərasimi şəhərin mərkəzi meydanında, yuxarı Gövhər Ağa məscidinin qarşında baş tutub.
Anım mərasiminə şəhərdə fəaliyyət göstərən bütün digər dövlət və özəl şirkətlərin rəhbərliyi də qatılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31