Mikroneziya Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı nota göndərib
26 Fevral 2022 14:51 SiyasətOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mikroneziyanın Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı nota göndərdiyini bildirib.
"Qərb Ukrayna prezidenti Vladimir Zelenskinin effektiv yardım çağırışına cavab verdi: Mikroneziya Federativ Dövlətləri Rusiya ilə diplomatik münasibətləri kəsmək üçün nota göndərdi", o , şənbə günü Telegram kanalında yazıb .
ABŞ Ukraynada neonasizmi qorumaq üçün Mikroneziyadan "yoldaş" kimi istifadə edir. "Birləşmiş Ştatların Ukraynada neonasizmi qorumaq və Kiyevdəki nasist rejimini dəstəkləmək üçün yenidən Mikroneziyaya ehtiyacı var", deyə Zaxarova yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31