Polşa millisi Rusiya ilə oyundan imtina etdi

Polşa yığması DÇ-2022-nin pley-offunda Rusiya ilə oynamaqdan imtina edib.

Olaylar.az xəbər verir ki, bunu Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa deyib.

Öncə qarşılaşmanın Rusiyadan kənarda keçirilməsini tələb edən polşalılar indi də ümumiyyətlə qarşılaşmaların baş tutmamasını istəyir: "Bəsdir söz dedik, əmələ keçmək zamanıdır. Polşa yığması pley-offda Rusiya ilə oynamaq niyyətində deyil. Bu, yeganə düzgün qərardır. Biz İsveç və Çexiya federasiyaları ilə danışıqlar aparırıq ki, FİFA-ya ümumi mövqeyimizi təqdim edək".

Qeyd edək ki, Rusiya - Polşa və İsveç - Çexiya oyunlarının qalibləri arasında matçda Qətər-2022-yə vəsiqənin sahibi bəlli olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31