Hikmət Hacıyev Xocalı soyqrımının ildönümü ilə əlaqədar paylaşım edib
26 Fevral 2022 12:11 SiyasətAzərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqrımının ildönümü ilə əlaqədar paylaşım edib.
Olaylar.az xəbər verir ki, H.Hacıyev öz "Twitter" səhifəsində Xocalı faciəsinin şahidi barədə yazıb.
"Bu gözlər çox şey görüb! Posterdəki şəkil Xocalı soyqırımının sağ qalan şahidi Ləfxanıma aiddir O, Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşilikləri 1992-ci ildə, 9 yaşında azərbaycanlı jurnalistə danışıb və görüntüyə alınıb. Onun atası gözləri qarşısında öldürülüb. O, həmin anları unuda bilmir", - H.Hacıyev yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31