Rusiya Qara dənizdən qanadlı raketlər atır, Xarkovda döyüş gedir –Ukrayna Baş Qərargahı son məlumatları açıqladı

Rusiya ordusu Ukrayanın şərqindəki hava limanlarına, Ukrayna ordu qruplaşmalarına və Kiyev vilayətinin şimal hissəsinə aviazərbələr endirməyi davam etdirir.

Olaylar.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı rəsmi məlumatda deyilir.  Məlumatda bildirlilir ki, Ukraynaya qaşrı hucum əməliyyatı davam edir.

Rusiya ehtiyat qüvvələrini Ukrayna ilə sərhəd rayonlarına dislokasiya edir və hava zərbələri endirir. Sumı, Poltava və Maripula aviasiya zərbələri vurulub.

Rusiya Qara dənizdəki "Kalibr" bazasından Ukrayna ərazisinə qanadı raketlər buraxıb.

Rusiyanın aviasiya hərəkətlərinin idarəçiliyi Belarus ərazisindən və Krımdan edilir.

"Mozır rayonunda Rusiyanın 35-ci ordusunun batalyonları yerləşir. 

Oradan Ukraynadakı obyektlərə zərbə endirə bilərlər. Şumsk rayonunda onlarla tankın yerləşdiyi yer, Kosovşinı rayonunda isə yaylım atəş sistemli BM-21 raketlərinin yeri müəyyən olunub".

Məlumatda deyilir ki, Rusiya Odessanın rayonlarında, "Ozernoe" hava limanına, Kiyev vilayətinin infrastrukturlarına taktiki aviasiya zərbələri endirib.

Slobojansk istiqamətində Rusiyanın hucumunu dayandırılıb və hazırda Xarkov vilayətində müdafiə döyüşləri gedir. Axtırka şəhərində döyüşlər aparılır.

Koblevo rayonunda Rusiyanın 20 nəfərlik diversiya qrupu məhv edilib.

Ukraynanın Birləşmiş ordu qrupu müdafiə əməliyyatları aparır və bütün təmas xətti boyu mövqeləri saxlamaqdadır.

Rusiyanın itkiləri belədir: 14 ədəd təyyarə, 8 vertalyot, 102 tank, 536 BBM, 15 top, 1 "BUK" ZRK.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31