İlham Əliyev və xanımı “Xocalı” abidəsini ziyarət etdi
26 Fevral 2022 11:39 SiyasətPrezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da iştirak etdiyi Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunan yürüş "Xocalı" abidəsinin ziyarəti ilə yekunlaşıb.
Olaylar.az xəbər verir ki, yürüş iştirakçıları Xətai rayonunda ucaldılan Xocalı abidəsinin yerləşdiyi əraziyə gəliblər.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Birinci xanım Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev abidənin önünə gül dəstələri qoyublar.
Ümumxalq yürüşünün iştirakçıları abidənin önünə tər güllər düzüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31