Qazaxıstan Putinin Ukraynaya qoşun yeritmək xahişini rədd edib
26 Fevral 2022 10:50 SiyasətQazaxıstan hökuməti Moskvanın Ukraynaya qoşun yeritmək xahişini rədd edib. Olaylar az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Məlumata görə, Qazaxıstan Ukrayna ərazisində genişmiqyaslı müharibədə iştirak etməyə razı olmayıb. Bununla yanaşı, Qazaxıstan hökuməti "LXR" və "DXR"-i tanımadığını təsdiqləyib.
Qazaxıstanın öz ənənəvi müttəfiqinə verdiyi cavab ABŞ-ın təəccübünə səbəb olub. Vaşinqton Qazaxıstanın həm qoşunlar, həm də "respublikalar"la bağlı qərarını alqışlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31