ABŞ səfirliyindən Xocalı soyqırımı ilə bağlı paylaşım

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib.

Olaylar.az xəbər verir ki, səfirliyin "Twitter" hesabında səfir Örl Litzenbergerin sözləri qeyd olunub.

"Bu gün biz azərbaycan xalqının kədərini paylaşır və 1992-ci ildə Xocalıda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik" - deyə bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31