“Bu müharibədə Rusiya və Ukrayna uduzacaq, qalib Çin olacaq" - ŞƏRH

"Əgər bir neçə gün ərzində  Ukrayna Rusiya ilə müharibəyə davam etsə,əminəm ki, Rusiya hər bir halda bu savaşı saxlamağa məcbur olacaq. Çünki həqiqətən də Rusiyanın çoxlu insan itkiləri var". 

Olaylar.az bildirir ki, bunu demokrat.az-a açıqlamasında siyasi-şərhçi Elçin Axundzadə deyib.

Ekspertin sözlərinə görə, Rusiyanın daxilində artıq etirazların başlaması onu göstərir ki, müharibə uzunmüddət çəkməyəcək:

"Həm də savaş özü böyük pullar deməkdir. Rusiyanın da iqtisadiyyatında buna imkan vermir ki, bu savaşı uzatsın. Digər tərəfdən də sanksiyaların tətbiqi ilə Rusiya çoxlu vəsaitlər itirməkdədir. Fikrimcə, əgər 4-5 gün ərzində Ukrayna mübarizəyə davam edərsə, Rusiya mütləq şəkildə savaşı saxlamağa məcbur olacaq.  Bütün bunların hamısı 2014-cü ildə Rusiyanın Krımı işğal edəndən sonra başladı. O vaxt Rusiyada 2 trilyon 200 milyard dollar pul vardısa, Krımı işğaldan sonra sanksiyalar tətbiq olundu. 2021-ci ildə isə 1 milyard 650 milyarda yaxın pul var idi. Yəni ki, savaş bunların iqtisadiyyatını yeyir, pullar bitmək üzrədir. İndi Ukraynaya hücum etməklə,Rusiyanın iqtisadiyyatı daha da ağır duruma düşəcək. Artıq banklara qarşı, onların neft, qazlarına qarşı sanksiyalar tələb edirlər. Putin də bunu çox gözəl bilir. Putinin məqsədi var idi ki, bir neçə gün ərzində Ukraynanı diz üstə qoysun və Ukrayna məcbur olub qol çəksin. Ancaq Ukrayna xalqı Rusiyadan az olsa da savaşqan millətdir. Rusiyanın məqsədi nədir? Bilirsiniz ki, Krıma quru yol yoxdur, Donbası, Luqanskı, Donetski tanımaqla, Rusiya istəyir ki, Krıma quru yol əldə etsin. Bilirsiniz ki, Krıma gedən su da Ukraynanın əlindədir. Ukrayna Krıma gedən suyu bağlayıb və Krım kifayət acınacaqlı vəziyyətdədir. Təslimçi sazişə qol çəkəndə Rusiya istəyəcək ki, Ukrayna Krımı su ilə təmin etsin. Rusiya Pridnestroviandan birbaşa Krıma yol çəkmək istəyir. Luqansk, Donetski və öz sərhəddində təhlükəsizlik yaratmaq üçün bütün bu savaşı edir. Əminəm ki, bu müharibə çox çəkməyəcək, çünki Rusiyanın resursları buna yol verməyəcək. Çünki Rusiya Liviyada müharibə aparır, Rusiya Çeçenistana kömək edir, Krıma pul yatızdırır. Rusiyada olan vətəndaşlar da bundan həddindən artıq narazıdır. Demək olar ki, Ukrayna və Rusiya eyni xalqdır. Rusiyada da Ukrayna diasporası güclüdür.  Əgər iki tərəf savaş aparırsa, burada üçüncü tərəf qalib gəlir. Məncə, üçüncü tərəf Çin dövlətidir. Burada həmçinin, Avropanın və ABŞ-ın da rolu var.  Burada Rusiyanı zəiflətmək və Ukraynanı onun təsiri altından çıxarmaq məqsədi daşıyır. Uduzan Rusiya və Ukrayna xalqı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31