Kadırov 10 minlik qoşun yığıb Zelenskiyə səsləndi: Putindən üzr istə!

Çeçen güc strukturlarının 10 minə yaxın əməkdaşı döyüşmək üçün Ukraynaya getməyə hazır olduğunu bəyan edib.

"Fürsətdən istifadə edərək hazırkı prezident Zelenskiyə məsləhət vermək istərdim ki, o, Ukraynanın eks-prezidenti olmamış prezidentimiz, Ali Baş Komandan Vladimir Vladimiroviç Putinə mümkün qədər tez zəng edib üzr istəsin".

Olaylar.az xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov bəyan edib. Qeyd edək ki, Qroznının mərkəzi meydanında silahlı və formada olan on minlərlə kadırovçunun hərbi baxışı keçirilib. Rusiyaya dəstək nümayiş etdirən insanlar qarşısında Kadırov çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31