Zelenski Putini danışıqlar masasına çağırdı
25 Fevral 2022 16:39 SiyasətUkrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə xalqa müraciət edib.
Olaylar.az xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb.
"Bir daha Rusiya Federasiyasının Prezidentinə müraciət etmək istəyirəm. Bütün Ukrayna ərazisində müharibə gedir. Gəlin danışıqlar masası arxasında əyləşək. İnsanların ölümünün qarşısını almaq üçün" - deyə V.Zelenski bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31