Ukrayna ordusu: bizə bütün əsgərlər lazımdır, yaş məhdudiyyəti yoxdur

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,Ukrayna Müdafiə Qüvvələri yaşından asılı olmayaraq bütün mülki şəxsləri, hətta azyaşlıları da orduya qoşulmağa çağırıb.

Bölmə komandiri Yuri Qaluşkinə aid edilən açıqlama belədir:

"Bu gün Ukraynanın hər şeyə ehtiyacı var. İştirak üçün bütün prosedurlar sadələşdirilib. Pasport və şəxsiyyət nömrənizi gətirməyiniz kifayətdir.

Yaş məhdudiyyəti yoxdur. İnsanlar qeydiyyatdan keçməkdə problem olarsa, sadəcə olaraq bu rəsmi tvitə müraciət etməlidirlər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31