Hikmət Hacıyev Ukraynadakı hadisələrdən DANIŞDI: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki..."

"Ukrayna ətrafında cərəyan edən hadisələri izləyirik".

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir: "Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da atəşkəsə nail olunması vacib, təməl addımlardan biridir. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31