Rus quru qoşunları Ukrayna əsgərlərinə uduzur-politoloq

"Rusiyanın Ukraynaya geniş miqyaslı hücum etməsinə baxmayaraq, bu saatlara kimi istəyinə nail ola bilmir. Bunun əsas səbəbi rus quru qoşunlarının Ukrayna əsgərləri ilə açıq döyüşdə məğlub olmasıdır. Rus quru qoşunları ümumiyyətlə, hərbiçiləri üzbəzüz döyüşə bilmir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadınin sözlərinə görə,  Rusiyanın aviasiya və raket zərbərlərinə baxmayaraq yerdə məğlubiyyətə uğrayır.  Rusiya rəhbərliyi 48 saat ərzində istəyinə nail olmasa, quru qoşunları ciddi itki verərsə Ukrayna prezidenti V. Zelnski ilə danışıqlara gedə bilər. Təbii ki, raket və aviazərbələr Ukrayna rəhbərliyini də  danışıqlar masasına əyləşməsini diktə edir: "Göründüyü kimi 200 min qoşun, avsiasiya və raket zərbələrinə baxmayaraq rus mifi Ukraynada bu saata qədər fiaskoya uğrayır. Baxmayaraq ki, V. Putin 12 saat ərzində Kiyevi tutacağını zən edirdi. Ordu birliklərinin Kiyevə doğru irəlləməsi  də bu planı işləyib hazırlaşdıqlarını  göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31