Xocalı ilə bağlı 75 ölkənin spikerinə məktub göndərilib
25 Fevral 2022 11:44 Siyasət"Bu günlərdə 75 ölkənin parlament sədrlərinə, 10 ölkənin rəhbərlərinə məktub göndərmişəm". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Xocalı soyqırımı haqqında danışan spiker Sahibə Qafarova deyib. Sədr qeyd edib ki, məktub göndərilən rəsmilərə Xocalı soyqırımına lazımi qiymət verilməsi ilə bağlı öz ölkələrində fəaliyyət göstərmələri bildirilib:
"Bununla bərabər Milli Məclisdə fəaliyyət göstərən xarici ölkələrin parlamentləri ilə işçi qrupunun üzvləri, deputatlar da həmkarlarına 65 məktub ünvanlayıblar. Bu məktubların hər birində Xocalı faciəsinin tanınmasi ilə bağlı çağırışlar qeyd olunub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31