Xocalı soyqırımını törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyib
25 Fevral 2022 11:43 Siyasət"Xocalıda insanların qətlə yetirilməsinin yeganə səbəbi onların azərbaycanlı olması idi. Bu, Ermənistan tərəfindən aparılan irqçi siyasətin bariz nümunəsidir". "Olaylar"ın məlumatına görə, bunu xariic işlər naziri Ceyhun Bayramov Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı konfransda deyib. Nazir qeyd edib ki, Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Xocalı soyqırımının hər tərəfli araşdırılması istintaq tədbirləri zamanı bunun soyqırım olması sübuta yetirilib:
"Faciənin soyqırım olduğu tam sübuta olunub. Avropa Məhkəməsi bu əməli insanlığa qarşı cinayətə bərabər tutur. Hazırki dövrə qədər 17 dövlətin milli qanunvericilik orqanı və Amerika Birləşmiş Ştatlarının 23 ştatı bu soyqırımını kəskin şəkildə psiləyərk müvafiq qərar və qətnamələr qəbul edib. Əfsuslar olsun ki, bütün bunlara baxmayaraq, bu günə qədər bu cinayəti törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyib".