Sahibə Qafarova Xocalı soyqırımından danışdı

"İllər keçsə də Xocalı soyqırımı unudulmayacaq"

"Sabah Xocalı soyqırımının ildönümü ilə əlaqədar növbəti yürüş keçiriləcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən spiker Sahibə Qafarova deyib. Parlament sədri Xocalı soyqırımı haqqında məlumat verərək bildirib: "Misilsiz qəddarlıq timsalı olan Xocalı soyqırımında xalqımızın mübarizə əzmini sındırmaq istədilər. Xocalı soyqırımı son 200 ildə xalqımıza qarşı törədilən qəsbkarlıq nümunəsi olub. XX əsrin əvvəllərində onminlərlə günahsız Azərbaycanlı etnik mənsubiyyətinə görə qətlə yetirilib. Neçə illər keçsə də, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayacaq və bunun təşkilatçıları layiq olduğu cəzanı alacaqlar. Azərbaycan ərazisində ermənilər üçün sovet hakimiyyəti zamanı qanunsuz DQR təşkil edilib. Erməni xalqının bir neçə nəsli Azərbaycana qarşı düşmənçilik hissləri ilə tərbiyə edilib. Erməni alimləri təxribat və təhriflər hesabına saxta tarix yaratmağa çalışmışlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31