Avropa Şurası Ukraynaya hücumu pislədi
24 Fevral 2022 16:29 Siyasət"Avropa Şurası Nazirlər Komitəsi və AŞPA Ukraynadakı mövcud vəziyyətlə bağlı tədbirlər görəcək"."Olaylar" xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bildirib. O deyib ki, Rusiyanın Ukraynaya hərbi hücumunu Avropa Şurası Nizamnaməsinin, Avropa İnsan Hüquqları Konvensiyasının idbar pozulması kimi qətiyyətlə pisləyirəm: "Bu, Avropa üçün, müdafiə etdiyi bütün dəyərlər üçün zülmət vaxtıdır. Rusiya hökumətini bütün qitə üçün daha da dağıdıcı nəticələrə yol verməmək üçün dərhal hərbi əməliyyatlarını dayandırıb diplomatiyaya qayıtmağa çağırıram. Mülki əhalini qorumaq başlıca vəzifə olaraq qalmalıdır. Bütün düşüncələrimlə Ukrayna xalqının və hökumətinin yanındayam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31