"Bu bizim siyasi uğurumuzun, İlham Əliyevin apardığı siyasətin uğurunun yeni mərhələsidir"- Mədət Məmmədov

"Bu günlərdə Moskvada  bağlanmış Müttəfiqlik Haqqında Bəyannamə doğrudan da bizim siyasi uğurumuzun növbəti mərhələsidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında İqtidar.az İnformasiya Agentliyinin baş direktoru Mədət Məmmədov deyib.
"Bu gün Rusiya Ukrayna ilə müharibə aparır, bizimlə isə Müttəfiqlik Bəyannaməsi imzalayır. Bu bizim siyasi uğurumuzun, İlham Əliyevin apardığı siyasətin uğurunun yeni mərhələsidir. Mən inanıram ki, bu mərhələlər elə davam edə-edə gedəcək. Çünki doğurdan da müharibə zamanı cənab Prezident bildirmişdi ki, mən nəyi nə vaxt və necə etməyi gözəl bilirəm. Həqiqətən də indi həmin məsələ sübut olundu. Sübut olundu ki, doğurdan da cənab Prezident dediklərini özünün siyasi revanşları ilə sübut edir. Bu bu gün bizim siyasi uğurumuzn növbəti pilləsidir. İndi biz başa düşürük ki, həqiqətən də müstəqilliyimizi qorumaq, bu milləti müharibələrdən uzaq saxlamaq üçün, necə ki, vətən müharibəsində biz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib gəldik, bu da bizim siyasətdə növbəti qalibiyyətimizdir. Biz İlham Əliyevin apardığı siyasəti dəstəkləyirik və eyni zamanda onun siyasi uğurları bu millətin bu gününün və sabahının yaxşı mənada qarantıdır. Qarabağda qalibiyyətimizin və orada quruculuğumuzun qarantıdır ki, onların hamısını Prezidentin apardığı siyasi uğur bizim millətimizin bu günü və gələcəyidir. Ona görə də, mən Moskva bəyannaməsini Azərbaycanın siyasi uğuru, millətin sabaha inamı kimi qiymətləndirirəm və sevinirəm ki, belə bir siyasi liderimiz var və dünya siyasətində öz sözünü deyir, aparıcı dünya siyasətçilərindən biri kimi özünü təsdiqləyir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31