MİLLİ  VƏ DÖVLƏTÇİLİK MARAQLARIMIZA TƏMİNAT VERƏN MOSKVA BƏYANNAMƏSİ

 Vaqif ƏLİYEV, 
Yevlaxda çıxan "Kür" qəzetinin müxbiri,
YAP Yevlax rayon təşkilatının fəalı 

Ümummilli liderin layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev cənabları özünün balanslaşdırılmış və düşünülmüş siyasəti sayəsində Müstəqil  Azərbaycanımızın dövlətçilik tarixində daha bir möhtəşəm uğura imza atdı. Hər iki ölkə liderinin dünya siyasətçilərinin diqqət mərkəzində dayanan Moskva görüşü bilavasitə ölkəmizin milli və dövlətçilik maraqlarına xidmət edir. Müttəfiqlik bəyannaməsinin imzalanması, dövlətlərimiz arasında çoxşaxəli iqtisadi-siyasi, mədəni və mehriban qonşuluq əlaqələrinin genişlənməsinə dair sənədlərin təsdiq olunması Azərbaycan-Rusiya arasında münasibətlərin  keyfiyyətcə yeni müstəvidə qurulacağının parlaq göstəricisidir. Son dərəcə səmimi və işgüzar şəraitdə keçən görüşdə tərəflər müttəfiqlik fəaliyyətlərini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq kimi mühüm siyasi prinsiplər üzərində qurmağa dair öhdəlik götürüblər. 
Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Kremldə keçirilən təkbətək görüşdə iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlandığını da bəyan edib. 
Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə deyib: -...bizim münasibətlərimiz çox dinamik şəkildə inkişaf edir. Biz daim əlaqə saxlayırıq, zəngləşirik. Əlbəttə, şəxsi görüşlərimiz həmişə xüsusi əhəmiyyət kəsb edir. ...rəmzi haldır ki, bu görüş, siz qeyd etdiyiniz kimi ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi ərəfəsində keçir. 
Hər iki Prezident iki ölkə arasında müttəfiqlik bəyannaməsini yüksək qiymətləndirmişlər. Azərbaycan Prezidenti demişdir: "Bəyannamə yetərincə genişdir. Onun qırxdan çox bəndi var. bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim iki tərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir".  
Tarixi köklərə malik Azərbaycan- Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və ehtirama əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükləsizlik Şurasının daimi üzvlərindən biridir. 
Mən Türkiyə ilə 2021-ci ilin iyun ayının 15 də imzalanmış müttəfiqlik bəyannaməsini xatırlayıram. Qeyd edim ki, Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi ilə Rusiya ilə imzalanmış Moskva bəyannaməsi arasında çox ciddi fərq var. Şuşa bəyannaməsinə görə Azərbaycan və Türkiyə xarici siyasət məsələlərini koordinasiya edirlər, bir-ğirinə yardım göstərirlər. Əlbəttə ki, hərbi yardım da daxil olmaqla. Rusiya ilə imzalanmış bəyannamədə isə bunlar yoxdur.
Qazandığıımız hərbi Zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. hər iki bəyannamə bu məqsədə xidmət edir.   
Bir daha qürur hissi ilə vurğulamağa dəyər ki, Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə  Moskvaya işgüzar və məhsuldar rəsmi səfəri və ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, habelə hər iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı razılıq əldə olunması doğrudan da ölkə başçısı İlham Əliyev diplomatiyasının tarixi Zəfəridir. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31