DÜNYA Rəsmi Kiyev: 2 tank, 50 hərbçi məhv edilib

Ukraynanın Donetsk vilayətinin Şastiya qəsəbəsi ətrafında Rusiyanın 2 tankı və bir neçə yük avtomobili məhv edilib. 

Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Silahlı Qüvvələrinin Quru Qoşunları "Facebook" səhifəsində məlumat yayıb. 

Məlumata görə, həmçinin Rusiyanın 50-dək canlı qüvvəsi də öldürülüb. 

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko bildirib ki, hazırda rus tanklarının Şastiya qəsəbəsinə keçməməsi üçün yaxınındakı çayın üzərindəki körpü partladılıb. 

"Şastiya bizim əlimizdədir", - deyə Anton Geraşenko qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31