Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Olaylar.az bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Türkiyə arasında qardaş və dost münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31