Moldova parlamentinin sədri Qarabağa gedib
23 Fevral 2022 13:55 SiyasətMoldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb."Olaylar" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Şuşa Qala divarlarını, Cıdır düzünü, Bülbülün ev muzeyini və digər tarixi məkanları ziyarət etməsi nəzərdə tutulur. Qonaqlar Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31