“Bəyannamə dövlətimizin öz milli maraqlarına dayanan siyasət yeridə bilməsində mühüm rol oynacaq”-Deputat

"Azərbaycanla Rusiya arasındakı müttəfiqlik Bəyannaməsinin bizə nə verdiyini anlamaq üçün sadəcə oradakı birinci maddəyə diqqət yetirmək bəs edir: Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Bəyannamədə tərəflərin məhz milli maraqlarının təmininə yönəlmiş müstəqil siyasət yeritdiklərinin(2-ci maddə), onların müttəfiqliyinə xələl gətirən hər hansı hərəkətdən çəkinilməsinin(7-ci maddə), 9/10 noyabr 2020,, 11 yanvar 2021,  26 noyabr 2021-ci il tarixli bəyanatlarının yerinə yetirilməsinin önəmliliyinin(9-cu maddə), ərazilərində separatçı və terrorçu ünsürlərin  bir-birinin suverenliyinə, və ərazi bütövlüyünə qarşı fəaliyyətinin qarşısının "qətiyyətli surətdə" alınmasının(11-ci maddə), üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər qarışıq əlehlərinə yönəlmiş addımların atılmamasının(17-ci maddə) vurğulanmasının nə üçün yer aldığını və ilk növbədə kimə gərk olduğunu yəqin açıqlamağa ehtiyac yoxdur: "Bu o deməkdir ki, Rusiyada Azərbaycanın torpaq  bütünlüyünə qarşı çıxış edən bütün ünsürlər(onlar təkcə hay kökənlilər deyillər)in əl-qolu bağlanır. Bəyyannamədəki 16-cı maddədə tərəflərdən biri üçün təhlükə yarandıqda hərbi yardımın göstərilə biləcəyi də öz əksini tapıb ki, fikrimcə, burada daha çox Xəzər regionunda əmin-amanlığın qorunub saxlanması əsas götürülüb. Rusiyadakı iş adamlarımızın maraqlarının qorunması məsləsi də bizin üçün az önəm daşımır ki,  bu baxımdan sənəddəki  21-ci maddə mühüm rol oynayacaq. Azərbaycanın Atom Elektrik Stansiyasıyla bağlı planlarının olduğunu nəzərə alsaq, 32-ci maddənin Bəyyanaməyə nə məqsədlə salındığı anlaşılır. Beynəlxalq nəqliyyat dəhlizi, tranzit daşınmaları, energetika sahəsində əməkdaşlıqla bağlı maddələri də mən ölkəmizin maraqları baxımından yüksək qiymətləndirirəm. Bir cümləylə yekunlaşdırmalı olsaq, bu Bəyannamə indiki mürəkkəb dövrdə dövlətimizin müstəqillik potensialıının artırılmasında, ancaq və ancaq öz milli maraqlarına dayanan siyasət yeridə bilməsində mühüm rol oynacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31