“Qarabağın tacı Şuşa” mövzusunda dəyirmi masa keçrilib
23 Fevral 2022 12:10 SiyasətFevralın 23-də Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyində "Şuşa ili" ilə əlaqədar "Qarabağın tacı Şuşa" mövzusunda dəyirmi masa keçrilib. "Olaylar" xəbər verir ki, dəyirmi masa ətrafında çıxış edən muzeyin baş fond mühafizi İlqar Həsənov Şuşanın tarixi haqqında ətraflı məruzə ilə çıxış edib. Daha sonra muzeyin əməkdaşlarından Əlisafa Əhmədov, Qəzənfər Əzizov və Anar Baloğlanlıda Şuşa şəhərinin yerləşdiyi coğrafi mövqeyi və tarixi abidələri haqqında geniş çıxış ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31